Thursday, May 22, 2014

Azərbaycan həqiqətləri - 1

Azərbaycan Respublikasını gözəl görkəmli, şüurlu insana bənzədirəm. Avropa ölkələrinin gözünə öz gözəlliyini soxan və şüuruyla öz daxili problemlərini, pix xüsusiyyətlərini gizlədən bir insan obrazı. Təkrarçı və pensioner ağıllı müxalifətçilərdən fərqli olaraq, deyə bilərəm ki, Azərbaycanın xarici siyasəti, digər müsəlman ölkələrinin siyasətinə nisbətdə daha parlaqdı. Eyni zamanda əzbərçi və eynəksiz YAP-çılarla eyni fikirdə olmadan, deməliyəm ki, daxili siyasət isə ümidlərlə yaşadan ölümcül xəstəlik kimi birşeydi. 

YAP-çıların Heydər babası, ümummilli lideri demiş, Xalq dövlət üçün yox, dövlət Xalq üçün olmalıdı. Yəni millət dövlətin malı deyil, dövlət millətin malıdı. Mal da yiyəsinə oxşuyar elə. Hərdən cəmiyyətə də dönüb baxmaq lazımdı, çünki heçbir şey kimi, günahda bir başlı ola bilməz. Azğın, adam sevməyən, cahil, mentalitetlə yaşayan millətin ideal başçısı ola bilərmi? Əsla! 
Sorğulamayan millətin, sorğulanmamış başçısı olar.

Dövlət başçınız bir növ güvənli və sağlam, eyni zamanda vicdansız və sərt davranır. Çünki, balansı heçcür bərabərləşdirə bilməyən müxalif partiyalar, sağdan-soldan, yoldan gəlib-keçən, özünü hələ dərk etməmiş, bığ yeri qaşınan gəncləri qaza gətirərək başına yığır, aralarına biraz da qadın səpir ki, öncədən bəlli olan nəticələri sonda Avropanın gözünə soxsun. Çoxluğu poxluq eliyən isə sorğu deyil, inancdı. Bu cəmiyyətdə özünə heçcür yer tapmayan dünya görüşlü, düşüncəli gənclər də məcbur qoşulur bu poxluğa. Fikirləri, qərarlarıyla bu "zıl"-dan seçilən gənclər irəli atılır və biranda özlərini bu qədər zıl qarşısında Megastar kimi hiss edirlər.

Əlbəttə, müxalif partiyalar da az bilmir. Onlara da savadlı gəncləri önə çəkmək sərf edir ki, balıq başından iylənər taktikası həyata keçsin. Nəticədə həmişə bu gənclərin başı yanır. Sonrada dünyaya mühazirə oxuyurlar ki, bucür düşüncəli, ali savadlı gənclərimizi dürtdülər həbsə. 

Əslində başçınız ona görə öz itlərinə etirazçıları qapdırır ki, qorxu quduzluğu millətin canına yayılsın. Digər tərəfdən, yağlı tikələri içəridə, buzxanada saxlatdırır. İndiki hakimiyyət, fikrimlə eyni şüurludu qismən. O da istəmir ki, əxlaqsız gənclik olsun, vəhşi cəmiyyət olsun, kütlə olsun istəmir. Amma bu istəməməyi savadlı gəncləri güdaza verərək yürütməkləri, heç də oxşar şüurlu deyil. 

Məsələni çox uzadmadan qeyd etmək istəyirəm ki, bu cəmiyyət öncə özünü dəyişməlidi, əgər bu hakimiyyəti dəyişmək istəyirsə. Amma bu baş verməyəcək, cəmiyyət dəyişdikcə, hakimiyyətin də strategiyası dəyişəcək. Yuxarıda qeyd elədiyim şüurlu insan obrazı kimi. Bunun üçün bu dövlətin imkanları da, istəyi də var. Məsələ isə, hakimiyyətlə yanaşı elə cəmiyyətdədi həm də. Hakimiyyət dəyişməyə hazırdı, millət isə yox. Təəssüf ki hər ikisi də gözləyir, ya da tısbağa misalı iməkləyir.

Bəlkə də, millətin hər biri öz başçısını sevsə, hörmətlə yanaşsa, ona dəstək olsa cəmiyyəti cahillikdən, inanclardan, mentalitetdən təmizləməyə, bəlkə O da insafa gələr, çıxar deyər qələt eləmişəm, çox yemişəm… 

Növbəti yazımda çalışacam xarici qüvvələrin ölkə siyasətinə və cəmiyyətə təsiri haqda danışım.

Bir sözlə, davam edəcəm...

No comments:

Post a Comment