Azərbaycan Respublikasını gözəl görkəmli, şüurlu insana bənzədirəm. Avropa ölkələrinin gözünə öz gözəlliyini soxan və şüuruyla öz daxili problemlərini, pix xüsusiyyətlərini gizlədən bir insan obrazı. Təkrarçı və pensioner ağıllı müxalifətçilərdən fərqli olaraq, deyə bilərəm ki, Azərbaycanın xarici siyasəti, digər müsəlman ölkələrinin siyasətinə nisbətdə daha parlaqdı. Eyni zamanda əzbərçi və eynəksiz YAP-çılarla eyni fikirdə olmadan, deməliyəm ki, daxili siyasət isə ümidlərlə yaşadan ölümcül xəstəlik kimi birşeydi.
YAP-çıların Heydər babası, ümummilli lideri demiş, Xalq dövlət üçün yox, dövlət Xalq üçün olmalıdı. Yəni millət dövlətin malı deyil, dövlət millətin malıdı. Mal da yiyəsinə oxşuyar elə. Hərdən cəmiyyətə də dönüb baxmaq lazımdı, çünki heçbir şey kimi, günahda bir başlı ola bilməz. Azğın, adam sevməyən, cahil, mentalitetlə yaşayan millətin ideal başçısı ola bilərmi? Əsla!
Sorğulamayan millətin, sorğulanmamış başçısı olar.
Dövlət başçınız bir növ güvənli və sağlam, eyni zamanda vicdansız və sərt davranır. Çünki, balansı heçcür bərabərləşdirə bilməyən müxalif partiyalar, sağdan-soldan, yoldan gəlib-keçən, özünü hələ dərk etməmiş, bığ yeri qaşınan gəncləri qaza gətirərək başına yığır, aralarına biraz da qadın səpir ki, öncədən bəlli olan nəticələri sonda Avropanın gözünə soxsun. Çoxluğu poxluq eliyən isə sorğu deyil, inancdı. Bu cəmiyyətdə özünə heçcür yer tapmayan dünya görüşlü, düşüncəli gənclər də məcbur qoşulur bu poxluğa. Fikirləri, qərarlarıyla bu "zıl"-dan seçilən gənclər irəli atılır və biranda özlərini bu qədər zıl qarşısında Megastar kimi hiss edirlər.
Əlbəttə, müxalif partiyalar da az bilmir. Onlara da savadlı gəncləri önə çəkmək sərf edir ki, balıq başından iylənər taktikası həyata keçsin. Nəticədə həmişə bu gənclərin başı yanır. Sonrada dünyaya mühazirə oxuyurlar ki, bucür düşüncəli, ali savadlı gənclərimizi dürtdülər həbsə.
Əslində başçınız ona görə öz itlərinə etirazçıları qapdırır ki, qorxu quduzluğu millətin canına yayılsın. Digər tərəfdən, yağlı tikələri içəridə, buzxanada saxlatdırır. İndiki hakimiyyət, fikrimlə eyni şüurludu qismən. O da istəmir ki, əxlaqsız gənclik olsun, vəhşi cəmiyyət olsun, kütlə olsun istəmir. Amma bu istəməməyi savadlı gəncləri güdaza verərək yürütməkləri, heç də oxşar şüurlu deyil.
Məsələni çox uzadmadan qeyd etmək istəyirəm ki, bu cəmiyyət öncə özünü dəyişməlidi, əgər bu hakimiyyəti dəyişmək istəyirsə. Amma bu baş verməyəcək, cəmiyyət dəyişdikcə, hakimiyyətin də strategiyası dəyişəcək. Yuxarıda qeyd elədiyim şüurlu insan obrazı kimi. Bunun üçün bu dövlətin imkanları da, istəyi də var. Məsələ isə, hakimiyyətlə yanaşı elə cəmiyyətdədi həm də. Hakimiyyət dəyişməyə hazırdı, millət isə yox. Təəssüf ki hər ikisi də gözləyir, ya da tısbağa misalı iməkləyir.
Bəlkə də, millətin hər biri öz başçısını sevsə, hörmətlə yanaşsa, ona dəstək olsa cəmiyyəti cahillikdən, inanclardan, mentalitetdən təmizləməyə, bəlkə O da insafa gələr, çıxar deyər qələt eləmişəm, çox yemişəm…
Növbəti yazımda çalışacam xarici qüvvələrin ölkə siyasətinə və cəmiyyətə təsiri haqda danışım.
Bir sözlə, davam edəcəm...
Thursday, May 22, 2014
Tuesday, May 13, 2014
Ailə
Norveçdə ailə qurmaq məqsədilə nikah dairəsinə baş vuranların ümumi ortalama yaşı 30-31 olaraq göstərilir, statistikaya əsasən. Amma gənclər rəsmi ailə qurmadan öncə, bir neçə il birlikdə yaşayırlar. Bir-birilərini daha yaxşı tanayırlar, bütün ortaq və fərqli cəhətlərini anlayırlar. Bir neçə ildən sonra rahat qərar verə bilirlər artıq, bu adamla bir ömür paylaşa bilərəm ya yox.
Biz isə Leyli və Məcnunla, Fərhad və Şirinlə böyüyən insanlarıq. Bizimki uzaqdan-uzağa, qəmli-qəmli baxışmaqdı. Norveçli oğlan yavaş-yavaş sevdiyi insanla fiziki uyğunluğunu yoxlamaq məqsədilə onu soyundurmağa başladığı halda, hələ bizimki baxır. Özünü Məcnun hiss eliyir, ona görə dəli ola biləcəyini düşünür, Fərhad kimi dağları yarmaq haqda düşünür. Amma bilmir ki, toy gecəsi, qutudan həmişə ağ balıq çıxmır. Əslində o oğlanı boş buraxsan, dağları yardığı kimi, Şirini də yarar, amma məsələ ondadır ki, hələ də bəzi bölgələrimizdə, "üzümüzü ağart oğul" anlamıyla, gözlərini toy gecəsinin qanlı əskilərinə dikən insanlar var.
Ailə qurmaq məqsədilə, nikah dairəsinə baş vuran gənclərin ən azı və əsası 3 ortaq uyğunluğu olmalıdı: psixoloji, fiziki və mənəvi. Bunları sınaqdan keçirmək üçün, mütləq gənclər evlilikdən öncə birgə yaşamalıdırlar. Amma valideynlərin seçdiyi ailənin qızıyla evlənmək, caduyla, əməllə ailə qurmaq, qızı sevməmək, qızı istəmək, tələb etmək dura-dura, nə işimizə qalıb xalxın qızıyla təmiz sevgi, yataq, ailə münasibətləri qurmaq?!
Khalid Zaman
Biz isə Leyli və Məcnunla, Fərhad və Şirinlə böyüyən insanlarıq. Bizimki uzaqdan-uzağa, qəmli-qəmli baxışmaqdı. Norveçli oğlan yavaş-yavaş sevdiyi insanla fiziki uyğunluğunu yoxlamaq məqsədilə onu soyundurmağa başladığı halda, hələ bizimki baxır. Özünü Məcnun hiss eliyir, ona görə dəli ola biləcəyini düşünür, Fərhad kimi dağları yarmaq haqda düşünür. Amma bilmir ki, toy gecəsi, qutudan həmişə ağ balıq çıxmır. Əslində o oğlanı boş buraxsan, dağları yardığı kimi, Şirini də yarar, amma məsələ ondadır ki, hələ də bəzi bölgələrimizdə, "üzümüzü ağart oğul" anlamıyla, gözlərini toy gecəsinin qanlı əskilərinə dikən insanlar var.
Ailə qurmaq məqsədilə, nikah dairəsinə baş vuran gənclərin ən azı və əsası 3 ortaq uyğunluğu olmalıdı: psixoloji, fiziki və mənəvi. Bunları sınaqdan keçirmək üçün, mütləq gənclər evlilikdən öncə birgə yaşamalıdırlar. Amma valideynlərin seçdiyi ailənin qızıyla evlənmək, caduyla, əməllə ailə qurmaq, qızı sevməmək, qızı istəmək, tələb etmək dura-dura, nə işimizə qalıb xalxın qızıyla təmiz sevgi, yataq, ailə münasibətləri qurmaq?!
Khalid Zaman
Monday, May 12, 2014
Kədərdən qurulan məclislərdə sağlıq deyilmir… həmişəki kimi bir şüşə araq, yarım tava kartof qızartması, biraz xiyar turşusu, yarım nəlbəki zeytunla sağlıqsız vururduq, və həmişəki kimi 200 qram vurub, başını sağa sola oynada-oynada, Elnarə ilə yaşadığı hotel macəralarından danışmağa başladı. ”O, mənimçün hərşeyi gözə almışdı onda. Ver desəm, hərşeyini verə biləcək qədər özdə. Mənsə onun bu cəsarətini necəsə fırlayıb 3-5 il sonra başına qaxmaq haqda düşünürdüm. Onun mənimlə o hoteldə görüşməsini heyəcanla gözləsəm belə. Gəlməsəydi bağışlamazdım. Gəldi… bağışlamadım…!! Onun mənə olan güvəni, onu fahişə eləmirdi, mənim ona olan güvənsizliyim onu fahişələşdirdi…”.
sonra zorla başını dik tutub, açmağa çalışdığı qıyılmış gözlərini gözümə dikib elə baxdı, axan gözlərimə üz qırışları elə gülümsədi ki, elə bil qarşısında mən yox, Elnarə oturmuşdu. “Bilirsən dost? oğlanlar istədikləri qızı boşluğa düşəndə axtarırlar. Mənsə onlara hərgün dəyib qayıdıram… boşluğdayam deyə yox, istəmək başqa şeydiii, sevmək başqa şey! Necəki fahişə olmaq başqa şeydi, fahişə kimi görmək başqa şey…”
Sonuncu əllini də vurduq. Sonra əlini stulun söykənəcəyinə atıb yavaş-yavaş qalxdı ayağa. Aşmayacağından əmin olacaq qədər gözlədikdən sonra, qulağının dibindəki siqareti dodaqlarına keçirib balkona doğru irəlilədi. Balkonun qapısına söykənib, tüstünü çölə üfürə-üfürə nəsə deməyə çalışdı. Amma boğazında düyünlənib, nəfəsini kəsən kədərin həyəcanı onu danışmağa qoymadı. Bir qullam daha alıb, yaşaran gözləriylə, dodaqlarını gəmirən dişləriylə cümləsini qurmağa başladı.
Bugün şəhərdə gördüm... Əriylə birlikdə oğlunu gəzməyə çıxartmışdı yəqin. Oğlu... onun oğlu...
yaxınlaşıb o uşağa demək istəyirdim ki, ay əclaf, sənin atan mənəm! Sənin anan, mənim ona qarşı olan sevgi hislərimdən, onun mənimlə qurduğu çarpayı xəyallarından hamilə qalıb sənə! Sənin atan mənəm...!
Amma deyə bilmədim, qorxdum. Qorxdum ki inanar. Ata deyib boynuma sarılar deyə qorxdum... mən hələ xəyallarımda belə sevişməyəcək qədər çox sevdiyim bir qızın, mənsiz dünyaya gətirdiyi uşağı qəbul edə bilməyəcəyimdən qorxdum.
Qəbul etsəm də, nə vaxtsa hərləyib fırlayıb başına qaxınc edəcəm deyə qorxdum. Eyni səbəbdən ikinci dəfə ayrılarıq deyə qorxdum. Çünki onu hələ də qısqanıram. Onun başqasından uşağı olmasını qəbul edə bilmərəm… O əclafı qəbul edə bilmərəm. Amma bir görsən o uşağı, mat qalarsan. O uşağı belliyəndə məni nə qədər düşünübsə, nə qədər özləyibsə, nə atasına, nə də özünə, kopya mənə oxşayır əclaf… (ardı olacaq)
Khalid Zaman
Subscribe to:
Posts (Atom)